2021-ci ildə keçiriləcək dünya çempionatının ev sahibi bu ölkə olacaq
2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.
APA-nın məlumatına görə, bu barədə qərar FİFA-nın Şurasında qəbul olunub.
İlk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində keçiriləcək. Turnir iyun-iyul aylarında baş tutacaq.
Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla baş tutacaq.
1001