Yaponiya hökuməti 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından 3 trilyon ien (təqribən 30 milyon dollar) gəlir götürəcək. Lent.az-ın məlumatına görə, ən böyük fayda inşaat, restoran, mehmanxabna və reklam biznesindən gələcək.
Eyni zamanda idman məhsulları və olimpiada ilə bağlı digər məhsulların istehsalçıları və satıcıları da xeyli irəli düşəcək. 2020-ci il Yay Olimpiya Oyunlarına hazırlıq və keçirilməsinin bütün Yaponiya üzrə 152 min əlavə iş yeri yaradacağı gözlənilir. Ekspertlərin fikrincə, bu, ölkənin 20 ildir davam edən iqtisadi depressiyadan çıxmasına əlavə faktor olacaq.