2020-ci il Avropa çempionatı üçün 20 şəhər
12 sentyabr 2013 18:07 (UTC +04:00)

2020-ci il Avropa çempionatı üçün 20 şəhər

2020-ci il Avropa çempionatının oyunlarını təşkil etmək üçün 20 şəhər namizədliyini irəli sürüb. Lent.az-ın məlumatına görə, milli federasiyaların ərizələrini təqdim etmə müddəti sentyabrın 12-də rəsmən başa çatır.

 

Namizədlər arasında Bakıdan əlavə, Sankt-Peterburq (Rusiya), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Minsk (Belarus), İstanbul (Tükiyə), London (İngiltərə), Bilbao (İspaniya), Lion (Fransa), Amsterdam (Hollandiya), Bazel (İsveçrə), Brüssel (Belçika), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Belqrad (Serbiya), Sofiya (Bolqarıstan), Qlazqo (Şotlandiya), Kardiff (Uels), Dublin (İrlandiya), habelə Lissabon və ya Portu (Portuqaliya) da var.

Çempionat isə 13 şəhərdə keçiriləcək. Şəhərlərdən birində iki yarımfinal və final matçları təşkil olunacaq. Qalan stadionlar isə qrup, 1/8 final və ¼ final matçlarını qəbul edəcək.

 

Qeyd edək ki, UEFA Avropa çempionatının oyunlarının hansı şəhərlərdə keçiriləcəyini 2014-cü ilin sentyabrında təsdiqləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076
avatar

Oxşar yazılar