Portuqaliyanın Portu şəhərində keçirilən gənc taekvondoçuların XIX Avropa birinciliyi başa çatıb. Azərbaycan Taekvondo Federasiyasından Lent.az-a verilən məlumata görə, yarışa 13 idmançı ilə qatılan millimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Qızıl və gümüş medalları müvafiq olaraq, Məhəmməd Məmmədov (55 kq) və Ayxan Tağızadə (63 kq) əldə edib. Tapdıq Ələkbərov (68 kq), Yusif Hüseynli (59 kq) və Elnur Məhərrəmov (+78 kq) isə “bürünc”lə kifayətlənib.
Qeyd edək ki, millimiz komanda hesabında 43 ölkə arasında 4-cü yeri tutub.