"Barselona"nın baş məşqçisi Xavi, La Liqa rəhbərliyinin komandaya PSJ-nin hücumçusu Lionel Messini transfer etməyə icazə verib-verməyəcəyini bilmir.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, mütəxəssis jurnalistlərə bu məsələ ilə bağlı liqanın prezidenti Xavyer Tebasa müraciət etməyi təklif edib.
“La Liqa Messini almağa icazə verəcəkmi? Bilmirəm, Tebasın özündən soruşun. Biz liqanın bütün qaydalarına əməl edəcəyik, lakin sonda bu, təkcə bizdən asılı olmayacaq”, – Xavi vurğulayıb.