Xames Rodriqes üçün “Qalatasaray” iddiası
17 yanvar 2023 17:00 (UTC +04:00)

Xames Rodriqes üçün “Qalatasaray” iddiası

İdman şərhçisi və yazar Levent Tüzemen “Olimpiakos” rəsmisinin ona Xames Rodriqesin “Qalatasaray”a transferini açıqladığını iddia edib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, son həftələrdə meydandakı uğurlu nəticələrdən sonra hər şeyin yerində olduğu müşahidə edilən "Qalatasaray" rəhbərliyi transfer çalışmaları üçün işlərini davam etdirir.

Kolumbiyalı ulduz Xames Rodriqesi heyətinə qatmaq istəyən sarı-qırmızılıların bu transferdə xoşbəxt sona çatdığı iddia edilir.

İdman şərhçisi və yazar Levent Tüzemen "Qalatasaray"ın 31 yaşlı yarımmüdafiəçinin transferində xoşbəxt sona çatdığını iddia edib.

Tüzemenin açıqlamasında bildirib: "Ruli Davranoğlu dünən Afinadan mənə zəng etdi. Ruli yaxşı jurnalistdir. O, mənim yaxşı dostum və qardaşımdır. Yanında “Olimpiakos”un bir meneceri də var idi və mənə dedi: "Levent qardaş. , “Olimpiakos” klubu Xames Rodriqesin “Qalatasaray” ilə müqavilə imzaladığını söyləyir. "Olimpiakos”un iddiasına baxanda odsuz yerdən tüstü çıxmaz. Xames Rodriqes bir çox klublarda, xüsusən də "Real”da oynayıb. Kolumbiyalı ulduz çox istedadlı futbolçudur, lakin klublarda sabitliyə nail ola bilməyib. “Qalatasaray”da nəsə edər”.

# 1485
avatar

Oxşar yazılar