Markus Reşford uşaqlıqdan tanış olduğu nişanlısı ilə ayrıldıqdan sonra iki dəfə şəxsi fitnes məşqçisi Kortni Kolduellə görünüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 25 yaşlı İngiltərə və "Mançester Yunayted"in hücumçusu Mayamidə tətildə olarkən gecə klubunda əyləndikdən sonra səhər saat 5-də otelə qayıdarkən ilk dəfə onunla görünüb.
İyunun 28-də Reşford yenidən Kortni və Britaniya ingilis "Sevgi adası" realiti ulduzu Natalia Tsoppa ilə restorandan çıxarkən görünüb.
Kortni “TikTok2 videolarını 14 milyondan çox bəyənmə ilə fitnes imperiyası ilə tanınır.
Kolduellin sözlərinə görə, onun məşqləri müştərilərə Kim Kardaşyanın fiqurunu əldə etməyə kömək edir. Kortni həm də mal və idman avadanlıqlarını reklam etməklə qazanır.
Britaniya mediası Markusun onunla vaxt keçirməkdən həzz aldığını yazır. Onu ilk dəfə İngiltərə Kubokunun finalında “Mançester Siti”yə məğlub olduqdan sonra Floridaya uçarkən Kortni ilə görüblər.