UEFA Rusiya klubları ilə bağlı  sanksiyanı ləğv etməyəcək
24 yanvar 2023 18:21 (UTC +04:00)

UEFA Rusiya klubları ilə bağlı sanksiyanı ləğv etməyəcək

Yanvarın 24-də Rusiya Futbol İttifaqı və UEFA nümayəndələri Rusiya klublarının beynəlxalq arenaya qayıtması məsələsini müzakirə edəcəklər.

Lent.az bildirir ki, Britaniya mətbuatının yazdığına görə, bu müzakirə vəziyyəti dəyişməyəcək: UEFA 2022-ci ildə tətbiq etdiyi sanksiyaları ləğv etmək niyyətində deyil.

Qeyd olunur ki, UEFA rəhbərliyi Rusiya klublarının geri qaytarılması məsələsinə yalnız Ukraynada münaqişə bitdikdən sonra baxacaq.

Əlavə edək ki, UEFA-nın Rusiyaya qarşı qoyduğu qadağa bu mövsümün sonuna qədər qüvvədədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Oxşar yazılar