UEFA Rusiya ilə oyunda azarkeşlərin davranışına görə Ukrayna futzal assosiasiyasını cəzalandırmaq qərarına gəlib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2022-ci il fevralın 4-də Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində Rusiya və Ukrayna yığmaları arasında görüş baş tutub. Görüşdə ruslar 3:2 hesabı ilə qalib gəliblər.
UEFA-nın mətbuat xidməti xəbər verir ki, Ukrayna assosiasiyası yerli azarkeşlər tərəfindən təxribat xarakterli, təhqiredici və qadağan olunmuş şüarlara görə 20 min avro cərimələnib.
Futzal üzrə 2022-ci il Avropa çempionatının finalında Rusiya yığması Portuqaliya yığmasına 2:4 hesabı ilə uduzub. Bu, Rusiya komandasının Avropa çempionatının final mərhələsində ardıcıl 5-ci məğlubiyyəti olub.
Rusiya yığması 2005, 2012, 2014, 2016 və 2022-ci illərdə Avropa çempionatının final mərhələsinə yüksələ bilib. Bütün finallarda da məğlub olub.