UEFA “Qarabağ”ın kapitanı ilə bağlı  PAYLAŞIM
29 sentyabr 2022 23:59 (UTC +04:00)

UEFA “Qarabağ”ın kapitanı ilə bağlı PAYLAŞIM

UEFA Azərbaycan millisinin üzvü və “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı tviter hesabında paylaşım edib.

Lent.az xəbər verir ki, Avropanın ali futbol qurumu yarımmüdafiəçini 33 yaşının tamam olması münasibətilə təbrik edib.

Paylaşımda vurğulanıb ki, təcrübəli oyunçu peşəkar karyerası ərzində yalnız kapitanı olduğu Ağdam təmsilçisinin formasını geyinib.

Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da oynayır.

# 3858
avatar

Oxşar yazılar