UEFA Millətlər Liqası, Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatı dəyişdirilib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin iclasında 2024-cü ildən tətbiq ediləcək yeniliklər qəbul olunub.
Belə ki, A Liqasında 3-cü yeri tutanlar B Liqasının 2-ciləri, B Liqasında 3-cü olanlar isə C Liqasının 2-ciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.
Seçmə mərhələlərdə isə qrupların sayı 12-yə qaldırılacaq. Həmçinin, AVRO-2024-də isə komanda sayı artırılmayacaq. Yeni format AVRO-2024-dən sonra tətbiq oluna bilər.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında C divizionunda çıxış edir. Əvvəllər ancaq qrup qalibləri yuxarı liqaya vəsiqə qazana bilirdi.