Tomas Tuxel "Real"ın yarımmüdafiəçisi Orelena Tçuameninin "Bavariya"ya keçməsini istəyir.
Lent.az bildirir ki, SPORT1-in məlumatına görə, münhenli baş məşqçi hələ də klubun bu yay bir müdafiəçi alacağına ümid edir.
"Bavariya" bir neçə namizədi nəzərdən keçirir. Bu yaxınlarda kluba Sofyan Amrabat (“Fiorentina”) və Edson Alvaresi (“Ayaks”) transfer etmək üçün müraciət edilmişdi, lakin Tuxel Tçuamenini komandada görməyə üstünlük verir.
"Bavariya" artıq futbolçunun tərəfi ilə ilk təmaslarına başlayıb. Tçuameni fransız komanda yoldaşlarına "Bavariya" ilə bağlı suallar verib. Futbolçunun əhatəsindəkilər deyirlər ki, “Real” ona müntəzəm oyun praktikasına zəmanət verməzsə, Orelen çox asanlıqla “Bavariya”ya keçəcəyini təsəvvür edə bilər.
Ötən mövsüm Tçuameni tez-tez ehtiyat oyunçular arasında qalırdı. İndi Cud Bellinqem da “Real”dadır, buna görə Orelen öz perspektivi üçün narahatdır. O, Fransa millisinin heyətində Avro-2024-də oynamaq istəyir. “Bavariya” bunu, eləcə də “Real”ın Kilian Mbappenin transferinə görə güclü mənfiyə düşməmək üçün ulduzlardan birini satmalı olacağını bilir.
Qeyd olunur ki, Tuxel hətta "Çelsi"ni çalışdırarkən də Tçuamenini komandasında görmək istəyib.
Hazırda Tçuameninin "Bavariya"ya transferi ilə bağlı konkret danışıqlar aparılmır. Münhen klubunun rəhbərliyi məşqçinin istəyini təmin edəcək və bir neçə yarımmüdafiəçi komandadan ayrılacağı təqdirdə Oreleni almaq barədə ciddi düşünəcək. Yəqin ki, bu halda “Bavariya”dan təkcə Marsel Sabitzer yox, Leon Qoretska da ayrılacaq.
“Bavariya” rəhbərliyinin “Real”ın prezidenti Florentino Pereslə çox yaxşı münasibəti var.
Bir il əvvəl "Real" Tçuameni üçün "Monako"ya 80 milyon avro ödəyib.