Transseksualların qadın yarışlarında iştirakına qadağa qoyulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, müvafiq qərarı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) verib.
Qadağa UCI-nin bütün kateqoriyaları və müxtəlif növlər üzrə yarışlara şamil edilir. Eyni zamanda qeyd olunur ki, söhbət yalnız yetkinlik yaşına çatdıqdan sonra cinsiyyətini dəyişən idmançılardan gedir.
Bununla belə, əvvəllər yalnız kişilər arasında olan açıq kateqoriyada velosipedçilər məhdudiyyətsiz yarışa bilərlər.