"Tottenhem"in qapıçısı Uqo Loris dizindən aldığı zədə səbəbindən ən azı 6-8 həftə meydana çıxa bilməyəcək.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qapıçı İngiltərə çempionatının 22-ci turunun "Mançester Siti" ilə oyununun (1:0) sonunda zədələnib.
Əlavə edilir ki, London klubunun düşərgəsində fransızın əməliyyat olmadan da sağalacağına ümid edirlər, futbolçunun vəziyyəti izlənməyə davam edəcək.