Tokio dairə prokurorluğu 2020-ci il Olimpiya Oyunlarının Təşkilat Komitəsinin keçmiş rəhbəri Haruyuki Takahasini həbs edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 78 yaşlı funksioner kişi kostyumlarının satışı ilə məşğul olan yerli geyim istehsalçısı “AOKI Holdings”dən külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Nəticədə şirkət Olimpiadanın təşkilatçılarından böyük sponsorluq müqaviləsi alıb.
Takahasi, seksist açıqlamaları ilə qalmaqaldan sonra Olimpiada başlamazdan əvvəl istefa verən Esiro Morini Oyunların təşkilat komitəsinin rəhbəri vəzifəsində əvəzləyib. Sonra deyib ki, qadınlar çox danışır.
Koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları 2021-ci ilin yayına təxirə salınıb. Takahasi bildirib ki, buna görə təşkilatçılar ciddi maliyyə itkiləri ilə üzləşiblər. Yarışlar iyulun 23-dən avqustun 8-dək keçirilib.