Tayson Fyuri tezliklə peşəkar boks karyerasını bitirə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə WBC versiyası üzrə kəmərin sahibinin qardaşı Şeyn Fyuri məlumat verib.
Onun sözlərinə görə, britaniyalı boksçu idmanda yalnız mütləq dünya çempionu adı uğrunda duel xatirinə qalır. Əgər baş verməsə, o, sadəcə boksu tərk edəcək.
"Hər şey Taysonun hansı vəziyyətdə olmasından asılıdır. Hazırda Tayson bu döyüşü Usik ilə keçirmək və ya karyerasını başa vurmaq barədə düşünür, vəssalam. Buna görə də ya döyüşürlər, ya da hər şey elə olacaq. Biz Coşua və ya başqası haqqında düşünmürük”, - Şeyn vurğulayıb.
Usik və Fyuri arasında döyüş yazda, yəni aprelin 29-da baş tuta bilər. Hazırda danışıqlar aparılır.
Bundan əvvəl britaniyalı promouter Frenk Uorren bildirib ki, tərəflər indiyədək döyüş üçün müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.