Tarixin  onuncu milyarder   idmançısı oldu
05 aprel 2024 12:31 (UTC +04:00)

Tarixin onuncu milyarder idmançısı oldu

“Əl-Hilal”ın hücumçusu Neymar karyerasında bir milyard dollar qazanıb. 

Lent.az bildirir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı braziliyalı peşəkar karyerasına başlayandan 933,2 milyon avro (1,01 milyard dollar) qazanıb. Bu məbləğə maaşlar, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir.

Beləliklə, Neymar karyerasında 1 milyard dollar qazanmağı bacaran onuncu idmançı olub.

Milyarder idmançıların siyahısı

1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard dollar;

2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard dollar;

3. Kriştiano Ronaldo (Portuqaliya, futbol) - 1,57 milyard dollar;

4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard dollar;

5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard dollar;

6. Rocer Federer (İsveçrə, tennis) - 1,17 milyard dollar;

7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard dollar;

8. Devid Bekhem (Böyük Britaniya, futbol) - 1,13 milyard dollar;

9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard dollar;

10. Neymar (Braziliya, futbol) - 1,01 milyard dollar.

Neymar ötən yay "Əl-Hilal"a keçib. Braziliyalı Səudiyyə Ərəbistanı klubunda 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Noyabr ayında Neymar ön çarpaz bağından və menisküsün cırılmasından əməliyyat olunub və bu da onu uzun müddət kənarda oturmağa məcbur edib.

Jurnalist Fabritsio Romanonun sözlərinə görə, bütün bonuslar və reklam müqavilələri nəzərə alınmaqla, Neymar Səudiyyə Ərəbistanında ildə təxminən 200 milyon avro qazanır.

# 6162
avatar

Oxşar yazılar

Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15