Tarixin ən sensasiyalı  boksçusunu AÇIQLADI
09 iyul 2024 16:44 (UTC +04:00)

Tarixin ən sensasiyalı boksçusunu AÇIQLADI

Menni Pakyao boks tarixinin ən sensasiyalı döyüşçüsüdür. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu keçmiş ağır çəkidə mütləq dünya çempionu Mayk Tayson deyir.

Amerikalı tarixdə yeganə səkkiz çəkidə dünya çempionunun 2013-cü ildə Brandon Riosa qarşı döyüşünü xatırladıb və bu döyüşdə filippinli hakimlərin qərarı ilə qalib gəlib.

"Bütün illər ərzində heç bir döyüşçü Menni Pakyao qədər sensasiyalı görünməyib. Brandon Riosa qarşı Pakyaodan daha sensasiyalı görünən döyüşçünün adını çəkin?

Pakyao mahir boksçudur. O, çoxlu yumruq ata bilirdi, o, parlaq döyüşçüdür”, - Tayson vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

Oxşar yazılar