“Çelsi” və “Atletiko” arasındası Joã Feliksin icarəsi ilə bağlı müqavilə aylıq ödənişlər baxımından futbol tarixinin ən bahalı icarə müqaviləsi olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, futbolçunun londonlularla anlaşması bu mövsümün sonuna kimi hesablanıb.
“Çelsi”nin Madrid klubuna icarə üçün 11 milyon avro ödəyəcəyi və maaş xərclərini öz üzərinə götürəcəyi bildirilir.
Klub ayda 1,9 milyon avro xərcləyəcək ki, bu da rekord göstəricidir. Ən bahalı icarə siyahısında ikinci yeri ayda 1,8 milyon avroya “Yuventus”dan “Milan”a keçən Qonsalo İquain tutur.