Səudiyyə Ərəbistanında keçirilən “Formula-1” yarışında qəza baş verib.
Lent.az-ın xəbərinə görə, “Haas” komandasının almaniyalı sürücüsü Mik Şumaxer 10-cu dövrədə qəzaya düşüb.
Pilot yoldan çıxaraq yarış avtomobilini zədələyib. Şumaxer özü ciddi xəsarət almadan avtomobili tərk edə bilib.
Yarışda Maks Ferstappen, Luis Hemilton və Valteri Bottas liderlik edirlər.
Qeyd edək ki, Mik Şumaxer yeddiqat dünya çempionu, məşhur alman pilot Mixael Şumaxerin oğludur.