“Sivasspor” – “Səbail” oyunu heç-heçə ilə bitdi
19 iyul 2023 21:28 (UTC +04:00)

“Sivasspor” – “Səbail” oyunu heç-heçə ilə bitdi

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu ikinci yoxlama oyununu keçirib.

Lent.az xəbər verir ki, Bakı təmsilçisi Türkiyə Super Liqa təmsilçisi “Sivasspor” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Səbail”in heyətində Pedro Nuno fərqlənib.

Qeyd edək ki, "Səbail" daha əvvəl “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Oxşar yazılar