İtaliya “Cenoa”sı baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, mövsümün gedişində bu vəzifəyə gətirilən ukraynalı komandanı cəmi 11 oyuna çıxarıb.
Bu müddətdə genuyalılar yalnız 1 qələbə qazanıblar. 45 yaşlı mütəxəssisin bu uğuru da kubokun “Salernitana” ilə matçında təsadüf edib – 1:0.
Qeyd edək ki, “Cenoa” A seriyasının turnir cədvəlində 20 komanda arasında 19-cudur.