"Barselona"nın hücumçusu Memfis Depay dünya çempionatının qrup mərhələsinin ilk turunun oyununda Hollandiya millisinə kömək edə bilməyəcək.
Lent.az xəbər verir ki, hollandlar Seneqal yığması ilə oynayacaq.
"Komandamız üçün Depayın itkisi Manenin Seneqal üçün yoxluğu ilə eyni zərbə olacaq", - Hollandiya millisinin baş məşqçisi Lui van Qal deyib.
Hollandiya və Seneqal görüşü noyabrın 21-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.