Satıcı qız Neymardan  aliment   tələb edir
01 fevral 2024 18:21 (UTC +04:00)

Satıcı qız Neymardan aliment tələb edir

Braziliyalı futbolçu Neymardan övladı olduğunu iddia edən Macarıstan vətəndaşı futbolçuya qarşı məhkəmə iddiası qaldıraraq atalıq testi və uşağa aliment tələb edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Macarıstandan olan satıcı Qabriella Qaspar Sa-Paulo (Braziliya) mülki məhkəməsində iddia qaldırıb. Qadın Neymarla Braziliya yığmasının yoldaşlıq oyunu keçirdiyi Boliviyada tanış olduğunu, futbolçu ilə tez bir zamanda münasibət qurduğunu və hamilə qaldığını bildirib.

Qaspar 9 yaşlı qızının doğum şəhadətnaməsində atasının adının, həmçinin 30 min avroluq aliment ödənişinin olmasını istəyir. Vəkilin sözlərinə görə, geriyə doğru tələb olunduğu üçün məbləğ yüksəkdir, çünki 9 il ərzində uşağın bütün xərclərini ana özü qarşılayıb.

Neymar avqust ayında Fransanın PSJ klubundan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib və o vaxtdan bu komandada beş oyun keçirib, bundan sonra dizindən zədə alıb və ən azı altı ay yaşıl meydanlardan kənarda qalıb. Bundan əvvəl mətbuatda “Əl-Hilal”ın əcnəbi ilə müqavilə imzalanmasına yer açmaq üçün Neymarın müqaviləsini dayandırmaq üzərində çalışdığı barədə məlumatlar yayılmışdı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711
avatar

Oxşar yazılar