“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu yayıb.
Bildirilib ki, 29 yaşlı qapıçı ilə imzalanmış yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da oynayır.