Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
19 aprel 2024 23:29 (UTC +04:00)

Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı

Bu gün qadın şahmatçılar arasında Avropa çempionatına start verilib.

Lent.az xəbər verir ki, Rodos adasında keçiriləcək yarışda Azərbaycanın 10 zəka sahibi mübarizə aparıb.

Yığmamızın 5 şahmatçısı çempionata uğurlu start verib. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Bəydullayeva və Səbinə İbrahimova rəqiblərini mat ediblər. Gülnar Məmmədova yarım xala sevinsə də, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı turu məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar
I tur

Günay Məmmədzadə - Akşaya Kayalahan (İngiltərə) - 1:0
Ülviyyə Fətəliyeva - Dana Koçavi (İsrail) - 1:0
Xanım Balacayeva - Yoanna Raasikanqas (Finlandiya) - 1:0
Elizabet Hapala (Avstriya) - Gülnar Məmmədova - 0,5:0,5
Katarjina Dvileviç (Polşa) - Gövhər Beydullayeva - 0:1
Ayan Allahverdiyeva – Antuanetta Stefanova (Bolqarıstan) - 0:1
Ləman Hacıyeva – İrina Bulmaqa (Rumıniya) - 0:1
Nərmin Abdinova - Deimante Daulitte-Kornette (Fransa) - 0:1
Klaudia Kulon (Polşa) - Səbina Rzalı - 1:0
Səbina İbrahimova – Evantiya Malamusi (Yunanıstan) - 1:0

# 2232
avatar

Oxşar yazılar