Fransa millisinin sabiq hücumçusu Cibril Sisse peşəkar futbola qayıtmağa hazır olduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Sisse, “Liqa 1-də 100-ə 4 qolun az olması xoşuma gəlmir. Əgər klublardan biri mənə oynamaq şansı təklif etsə, bunu pulsuz edəcəm”, deyib.
41 yaşlı Sisse “Liverpul”, “Marsel”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, “Kvins Park Reyncers” və “Kuban Krasnodar” kimi klublarda çıxış edib.
Ümumilikdə klub karyerası ərzində 554 oyun keçirib və 236 qol vurub. O, karyerasını 2014/2015 mövsümündən sonra Fransa Bastia komandasının tərkibində bitirib. Fransa millisi üçün o, bir qol vura bilmədiyi beş oyun keçirib.