Rusiya məsələsi UEFA-nın ofisində müzakirə olunacaq
21 yanvar 2023 07:09 (UTC +04:00)

Rusiya məsələsi UEFA-nın ofisində müzakirə olunacaq

Yanvarın 24-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) ofisində UEFA və Rusiya Futbol İttifaqı (RFİ) nümayəndələrinin görüşü nəzərdə tutulub.

Lent.az xəbər verir ki, burada Rusiya klublarının və komandalarının beynəlxalq oyunlara qayıtması potensialı müzakirə olunacaq.

İclasda RFİ-dan baş katib Maksim Mitrofanov və vitse-prezident Aleksandr Alayev iştirak edəcək.

Qeyd edək ki, ötən ilin fevralında UEFA və FIFA Rusiya klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Oxşar yazılar