“Napoli”nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviçi Kvaratsxeliyanın qiyməti 60 milyon avrodur.
Lent.az bildirir ki, bu barədə məlumat “Transfermarkt” saytında məlumat verilib.
2021-ci ilin dekabrında yarımmüdafiəçi Kazanın "Rubin" komandasında çıxış edərkən onun dəyəri 16 milyon avro olaraq qiymətləndirilmişdi. İndisə o, 44 milyon bahalaşıb.
Gürcüstanlı yarımmüdafiəçi bu mövsüm "Napoli"nin heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Sentyabrın 9-da Kvaratsxeliya İtaliya çempionatında ayın ən yaxşı oyunçusu kimi tanınıb.
21 yaşlı Kvaratsxeliya iyulun 1-də Batumi "Dinamo"sundan 10 milyon avroya "Napoli"yə keçib. Martda “Rubin” onu 8 milyona Gürcüstan komandasına satıb.