Fransa Basketbol Federasiyasının (FFBB) prezidenti Jan-Pyer Siyuta millinin lideri Tomas Ertelin "Zenit"ə keçidi ilə əlaqədar milli komandada çıxışını dayandırdığını bildirib.
Lent.az xəbər verir ki, federasiyanın rəhbəri “Bu gün onun daha milli komandada olmayacağını düşünürəm. Hər şey bitdi”, - deyə, sitat gətirib.
Ertel nə Rusiya, nə də Belarus klubları ilə müqavilə bağlamayacağına dair andiçmə sənədi imzalayıb. Bu, ona Avro-2022-də oynamağa və orada Fransa yığması ilə gümüş medal qazanmağa imkan verib.
Lakin Avropa çempionatının finalından cəmi üç gün sonra Ertel Rusiya klubuna keçib.