Kriştiano Ronaldonun Əl Nəsrdəki təqdimatını 3 milyarda yaxın izləyici izləyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə jurnalist Pedro Sepulveda öz "Twitter" hesabında məlumat yayıb. Onun sözlərinə görə, portuqaliyalının təqdimatı dünyanın 40 müxtəlif telekanalında nümayiş etdirilib.
Jurnalist qeyd edib ki, Ronaldonun təqdimatının izləyicilərinin sayı Qətərdə keçirilən dünya çempionatının finalını bir milyard ötüb.