“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo onunla şəkil çəkdirmək istəyən “Əl-Xəlic” futbol klubunun nümayəndəsini itələyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Səudiyyə Ərəbistanı çempionatının oyunundan sonra “Əl-Xəlic”in təmsilçisi əlini Ronaldonun çiyninə qoyub, onunla selfi çəkdirmək istəsə də, portuqaliyalı hücumçu onu itələyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə portuqaliyalı 13 matçda iştirak edib, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.