Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo aldığı “Qızıl top” mükafatlardan birini satıb.
Lent.az Apasport.az saytına istinadla bildirir ki, 38 yaşlı hücumçunun qəniməti yeni sahibini hərracda tapıb.
İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan bütün vəsait “Make-A-Wish” fonduna köçürülüb. Bu fond ağır, ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir.
Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.