Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində bu gün daha iki görüş baş tutacaq.
“Yuventus”un qolçusu Kriştianu Ronaldo vətəni Portuqaliyaya qonaq kimi qayıdır. Onun formasını geyindiyi “Yuventus” “Porto”nun qonağı olacaq.
Günün digər matçı da Pireney yarımadasında olacaq. “Sevilya” öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk oyunlara fevralın 23-24-də keçiriləcək matçlarla yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
17 fevral
00:00. “Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
00:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)