Braziliyanın “Korintians” klubunun prezidenti Duilio Monteiro Alves Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçməzdən əvvəl Kriştiano Ronaldoya təklif göndərdiyini açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, klub prezidenti Ronaldoya “Mançester Yunayted”də qazandığı qədər maaş təklif etdiyini bildirib:
“Mən Xorxe Mendeslə altı-yeddi dəfə danışdım, sonda təklif göndərdik. Amma Əl-Nəsrdən gələn təklif 20 dəfə çox idi.
Mən təklif etmişdim. Amma düşünürdüm ki, qəbul etməyəcək. Ancaq bunu sınamalıydım. “Korintians”ın prezidenti kimi düşünürəm ki, biz dünyanın ən yaxşı oyunçularını axtarmalıyıq”.