Ronaldo “Mançester Yunayted”də  kapitan   olmaq istəyirmiş
30 mart 2023 19:57 (UTC +04:00)

Ronaldo “Mançester Yunayted”də kapitan olmaq istəyirmiş

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2021-ci ildə “Mançester Yunayted”in kapitanı olmaq istəsə də, o vaxtkı baş məşqçi Ralf Ranqnik tərəfindən rədd edilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçu özü alman mütəxəssisə kapitan sarğısının verilməsi xahişi ilə müraciət etsə də, o, bundan imtina edib və onu müdafiəçi Harri Maquayra həvalə edib.

Maraqlıdır ki, Ranqinkin yerinə gələn Erik ten Haq bir ingilisi də kapitan təyin edib.

Əlavə edirik ki, 2022-ci ilin noyabrında Ronaldo klub rəhbərliyi və məşqçilər heyəti haqqında kəskin danışdığı qalmaqallı müsahibədən sonra “Mançester Yunayted”dən ayrılıb. Hazırda futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir.


 

# 1737
avatar

Oxşar yazılar