Kriştiano Ronaldo
23 fevral 2021 09:12 (UTC +04:00)

Kriştiano Ronaldo

Ronaldo hamıya qol vurub

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo A seriyasının “Krotone” ilə oyununda dubla imza atıb.

Apasport.az saytının məlumatına görə, 3:0 hesablı qələbəyə töhfə verən portuqaliyalı hücumçu ilk dəfə bu rəqibin qapısına yol tapıb.

Bununla da Ronaldo hazırda A seriyasında oynayan bütün komandalara qol vurub. 38-ci dəqiqədə hesabı açan forvard ilk yarının uzatma dəqiqəsində fərqi artırıb.

Qeyd edək ki, Kriştiano cari mövsümün 19 matçında 18 qol vurub.

# 1389
avatar

Oxşar yazılar