Ronaldinyo
24 noyabr 2021 18:23 (UTC +04:00)

Ronaldinyo

Ronaldinyoya vaxt verildi: Yenidən həbs oluna bilər

Keçmiş braziliyalı futbolçu Ronaldinyo yenidən hüquqi problemlə üzləşib.

Lent.az xarici mediaya istinadla bildirir ki, idmançı keçmiş sevgilisi Priscilla Koelo ilə məhkəmə çəkişməsi aparır, bundan əvvəl isə aliment borcunu ödəmək tapşırılıb.

Bu, dekabrın 1-dən əvvəl baş verməlidir, əks halda Ronaldinyonun əmlakına həbs qoyulacaq və o, Braziliyada həbs cəzası almaq riski ilə üzləşəcək. Hazırda mətbuatda yayılan məlumatlara görə, futbolçu Dubaydadır.

Avqust ayında Ronaldinyo altı ay Paraqvayda qaldıqdan sonra Braziliyaya qayıdıb. Keçmiş futbolçu saxta pasportdan istifadə etdiyinə görə həbs edilib. 

Ronaldinyo 2018-ci ildə karyerasını başa vurub. O, “Barselona”, PSJ “Milan”, Braziliyanın “Flamenqo” və “Atletiko Mineyro” komandalarında çıxışları ilə tanınır. Braziliya millisinin tərkibində dünya çempionu olub. Bundan əlavə, futbolçu "Qızıl top"un sahibidir.


 

# 1758
avatar

Oxşar yazılar