“Real” yay transfer pəncərəsinin planlarını qurmağa başlayıb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, İspaniya nəhəngi Anxelinonu heyətinə qatmaq istəyir.
“Leypsiq”in 25 yaşlı ispaniyalı yarımmüdafiəçisi ilə bağlı danışıqlar mövsümün sonunda başlayacaq. Almaniyalıların oyunçusu üçün 50 milyon avro istəyəcəyi gözlənilir.
Lakin bu rəqəm “Real”ı qane etmir. Futbolçunun özü də Madrid təmsilçisində oynamaq arzusundadır.
Qeyd edək ki, Anxelinonun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.