“Real”ın və İspaniya millisinin keçmiş hücumçusu Raul Qonsales “Lids Yunayted”in baş məşqçisi olmaqdan imtina edib.
Lent.az-ın xarici meiaya istinadla xəbərinə görə, 45 yaşlı mütəxəssis qarşıdakı illərdə “Real”ın baş məşqçisi olacağına ümid etdiyi üçün təklifi rədd edib.
"Lids Yunayted" 49 yaşlı amerikalı mütəxəssis Cessi Marşanı komandanın baş məşqçisi vəzifəsindən azad edib. Premyer Liqanın 20 oyunundan sonra "Lids" 18 xalla 17-ci yerdədir.