“Real”ın Ançelottini  istefaya göndərəcəyi vaxt   AÇIQLANDI
07 fevral 2023 16:11 (UTC +04:00)

“Real”ın Ançelottini istefaya göndərəcəyi vaxt AÇIQLANDI

"Real"ın baş məşqçisi Karlo Ançelotti tezliklə postunu tərk edə bilər.

Lent.az bildirir ki, “Relevo”nun xəbərinə görə, “Real” rəhbərliyi Ançelottinin bu mövsümdəki çıxışından narazıdır. Klub italyan məşqçiyə inamını itirir.

Üstəlik, mənbənin sözlərinə görə, komandanın klublararası dünya çempionatında uğursuz çıxış edəcəyi təqdirdə Ançelotti istefaya göndərilə bilər.

Dünya çempionatının yarımfinalında “Real” Misirin “Əl-Əhli” komandası ilə qarşılaşacaq. Qarşılaşma fevralın 8-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

“Real” 20 turdan sonra La Liqanın turnir cədvəlində ikinci yerdədir və artıq “Barselona”dan 8 xal geri qalır.

“Kral klubu” ötən mövsüm Ançelottinin rəhbərliyi altında Çempionlar Liqası və La Liqanın qalibi olub.

Xatırladaq ki, Kərim Benzema və Tibo Kurtua klublararası dünya çempionatında "Real"a kömək etməyəcək.
 

# 1428
avatar

Oxşar yazılar