“Real”ın 18 yaşlı futbolçusu  özündən böyük modellə  evləndi
17 sentyabr 2024 14:34 (UTC +04:00)

“Real”ın 18 yaşlı futbolçusu özündən böyük modellə evləndi

Gənc braziliyalı 2024-cü ilin yayında “Palmeyras”dan “Real” keçib.

Endrik ötən ilin oktyabrında görüşməyə başladığı 21 yaşlı Qabriela Miranda ilə evlənib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Qabrieli model kimi çalışır və sosial şəbəkələrdə aktivdir.

Endrik və Miranda sosial mediada yazaraq evləndiklərini elan ediblər: “Matfeya 19:6: “Beləliklə, onlar artıq iki deyil, bir bədəndir. Allahın birləşdirdiyini heç kəs ayıra bilməz”. Nəhayət evləndik”.

Endrik Avropa futbolunda ilk mövsümünü yaşayır. Onun “Kral klubu”nun heyətində 4 oyunu və 1 qolu var. La Liqanın 2-ci turunda "Valyadolid"lə oyunda "Real”ın qapısına qol vuran Endrik klub tarixində qol vuran ən gənc əcnəbi futbolçu olub. Əvvəlki rekord 18 yaş 152 gündə qol vuran Rafael Varana məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar