Eden Hazard “Real”dan ayrılmaq fikrində deyil. Belçikalı yarımmüdafiəçinin üç ildir ki, Madrid klubunun heyətində meydana demək olar girməməsinə baxmayaraq, İspaniyanın hazırkı çempionlarının ona ehtiyacı olduğuna inanır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, eyni zamanda futbolçu ona lazım olmadığı açıq şəkildə deyilsə, klubdan ayrılacağına söz verib.
"Oynamayanda mənim üçün çətin olur, amma oynayıramsa, əlbəttə ki, futbol mənə həzz verir. Futbol mənim həyatımdır və sadəcə oynamaq istəyirəm. Dünya çempionatında bunu sübut etməliyəm. Hər kəs mənim futbol oynaya biləcəyimə inanır.
Başa düşürəm ki, insanlar məndən şübhələnirlər. Bu yaxşıdır. Mən üç il ərzində çox oyun keçirməyən futbolçuyam. Mən bunu başa düşürəm. Mən göstərməliyəm ki, oynayanda bunu yaxşı edirəm.
Yanvarda getməyim çətin ki baş tutsun, ailəm var və şəhəri xoşlayıram. Amma yayda gedəcəm. Daha bir il müqaviləm var və bu, klubun qərarıdır.
Mənə desələr ki, “Eden, dörd il üçün sağ ol, amma sən getməlisən”, mən bunu qəbul etməli olacam, çünki bu, normaldır. Amma mən daha çox oynamaq, oynaya biləcəyimi, yaxşı oyunçu olduğumu göstərmək istərdim”, - Hazard “Marca”ya müsahibəsində deyib.