“Real” yeni transferlərə  YÜZ MİLYONLAR   xərcləyəcək
03 aprel 2022 10:38 (UTC +04:00)

“Real” yeni transferlərə YÜZ MİLYONLAR xərcləyəcək

"Real” yay transfer kampaniyası çərçivəsində heyətini gücləndirmək üçün 300 milyon avro ayırıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Madrid klubu üç futbolçu almaq niyyətindədir. “Kral klubu”nun planında fransız hücumçu Kilian Mbappe ilə müqavilə imzalamaq da var.

Hücumçunun yayda PSJ-ni tərk edəcəyi və azad agent kimi Paris klubuna pulsuz qoşula biləcəyi gözlənilir.

“Real”ın maraq dairəsində Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haaland da var. Yay transferləri üçün nəzərdə tutulan məbləğin yarısı bu futbolçu üçün ayrılıb. "Monako"nun yarımmüdafiəçisi Orelen Tçuameni də "Real”ın heyətinə qatmaq istədiyi futbolçular arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Oxşar yazılar