“Real” 2022/23 mövsümündə gəlirinin 843 milyon avro olduğunu açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu rəqəm əvvəlki illə müqayisədə 17 faiz çoxdur və oyunçu transferi məlumatları daxil deyil.
2023-cü il iyunun 30-na “Real”ın 558 milyon avro xalis aktivləri nəzərə alınmasa, 128 milyon avro nağd pulu olub.
2022 və 2023-cü ilin iyun ayları arasında oyunçu transferləri və digər xərclər də daxil olmaqla, “Real” 12 milyon avro xalis mənfəət əldə edib.
Bütün bunlar o deməkdir ki, Madrid klubu yaxşı idarə olunan klubdur və Kilian Mbappeni hətta 400 milyon avroya ala biləcək qədər maliyyə cəhətdən güclüdür.
“Real”, çətin ki, fransalıya olan vəsvəsəsini belə yüngül qəbul etsin.
Cud Bellinqem və Ardu Güler üçün xərclər gələn mövsümün hesablarına daxil ediləcək.
Madridlilər gözləyə və gələn yay Mbappeni pulsuz ala bilər və ya PSJ Klian ilə razılığa gəlməsə, bu yay onu 100-200 milyon avroya ala bilər.