“Real” PSJ-nin müdafiəçisi Əşrəf Hakimini geri qaytarmağı düşünür.
Lent.az bildirir ki, İspaniya mətbuatının yazdığına görə, Madrid klubu 24 yaşlı futbolçunu Dani Karvahalın əvəzləyicisi kimi görür.
Xatırladaq ki, Hakimi karyerasına “Real”da başlayıb və Çempionlar Liqası da daxil olmaqla, klubla 4 kubok qazanıb. 2021-ci ildə “İnter”dən PSJ-yə keçib.
Mərakeşli müdafiəçinin Fransa klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatır. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.