"Qvardiolanı qarşımda görməkdən bezmişəm" - Ançelotti
19 fevral 2025 11:06 (UTC +04:00)

"Qvardiolanı qarşımda görməkdən bezmişəm" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsindəki oyun öncəsi "Mançester Siti"nin ispaniyalı baş məşqçisi Xose Qvardiola haqda danışıb.

Lent.az xəbər verir ki, Ançelotti Qvardiolanı qarşısında görməkdən bezdiyini deyib:

“Qvardiolanı qarşımda görməkdən yorulmuşam. Mən hələ də onun fantastik məşqçi olduğunu düşünürəm, amma ona qarşı oynamaqdan bezmişəm. Bununla belə, onu izləmək həmişə xoşdur”.

Xatırladaq ki, komandalar arasında ilk oyun Qvardiolanın yetirmələrinin 2:3 hesablı doğma meydanda məğlubiyyəti ilə başa çatıb. Cavab oyunu bu gün, fevralın 19-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar