Qvardiola yaşıq işıq  yandırdı: “Mançester Siti”yə qayıdır
21 avqust 2024 15:53 (UTC +04:00)

Qvardiola yaşıq işıq yandırdı: “Mançester Siti”yə qayıdır

"Barselona"dan ayrılmağa hazırlaşan İlkay Gündoğan keçmiş komandası "Mançester Siti" ilə anlaşıb.

Lent.az bildirir ki, "The Athletic"də çıxan xəbərə görə, İlkay Gündoğan "Barselona"dan pulsuz ayrılacaq və "Mançester Siti" ilə 1+1 illik müqavilə imzalayacaq.

Bildirilib ki, Pep Qvardiola onun dönüşünə yaşıl işıq yandırdıqdan sonra təcrübəli yarımmüdafiəçi ilə danışıqlarda razılıq əldə olunub.

İlkay Gündoğan 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edib və İngiltərə klubunda 304 oyunda 60 qol vurub, 38 məhsuldar ötürmə edib.

2023-cü ildə müqaviləsi başa çatandan sonra "Barselona"ya imza atan 33 yaşlı futbolçu Kataloniya təmsilçisində 51 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar