"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola 30 illik arvadı Kristina Serra ilə İngiltərə klubu ilə müqaviləsini uzatmaq qərarına görə ayrılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ayrılığın təşəbbüskarı mütəxəssisin həyat yoldaşı olub. Qeyd olunur ki, Serra Qvardiolanı diqqətini peşəkar layihəsinə həddən artıq cəmləməkdə ittiham edir.
Qvardiola və Serranın ayrılması yanvarın 14-də məlum olub. Onlar bu qərarı 2024-cü ilin dekabrında veriblər. Cütlüyün üç övladı var.
Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Bu mövsüm komanda 35 xalla İngiltərə çempionatında altıncı yerdədir.