“Mançester Yunayted”in qadınlardan ibarət komandası “qırmızı şeytanlar”ın cinah oyunçusu Meyson Qrinvudun qayıtmasına qarşı çıxıb.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qeyd olunur ki, futbolçular Qrinvudun kluba qayıtması perspektivindən narahatdırlar. Qrinvudun qızın istəksizliyinə baxmayaraq kobud şəkildə cinsi əlaqəyə məcbur etməsinin səs yazısını dinlədikdən sonra onlar ciddi şəkildə narahatdırlar.
Xatırladaq ki, ötən il 21 yaşlı hücumçu keçmiş sevgilisinə qarşı zorlamaya cəhd və döyməkdə ittiham olunub.
"Mançester Yunayted" 2022-ci ilin yanvarında Qrinvudun oynamamasını və məşq etməsini dayandırıb. O, 129 oyunda meydana çıxıb, 35 qol vurub və 12 məhsuldar ötürmə verib.